Azərbaycanda vergi məcəlləsinə 162 dəyişiklik ediləcək.
FED.az "xəzərxəbər"ə istinadən xəbər verir ki, bu dəyişiklik təklifləri bu gün Milli Məclisin plenar iclasında müzakirə olunub. Yeniliyə əsasən, növbəti ildən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən azad ediləcək. Üstəlik, heyvan ətinin satışına görə də vergi alınmayacaq. Millət vəkilləri Azərbaycanda ali məktəb dərsliklərinin də ƏDV-dən azad olunmasını təklif ediblər.
Eləcə də bax: Prokuror "Zaminbank"ın sabiq filial müdiri və işçilərinə - CƏZA İSTƏYİB
Azərbaycanda heyvan və quş yemləri 4 il müddətinə vergidən azad ediləcək, eyni zamanda sənaye parklarına edilən vergi güzəştlərinin müddəti 7 ildən 10 ilə qədər uzadılacaq. Bütün bu güzəştlər Vergi Məcəlləsinə edilən 162 dəyişikliklə mümkün olacaq. Təkliflər parlamentin plenar iclasında müzakirə edilib.
Bəzi millət vəkilləri sənaya parkları üçün vergi güzəşti müddətinin uzadılmasının rəqabət mühitinə mənfi təsir göstərdiyini bildirib. Deputatlar standart olaraq tətbiq edilən vergilərə də yenidən baxılmasını istəyiblər.
İclasda çap məhsullarının, xüsusilə ali məktəb dərsliklərinin də vergidən azad olunması təklifi səsləndirilib.
İclasda iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov sənaya parkları ilə bağlı danışarkən bildirib ki, bu müəssisələrə 5,5 milyard manat investisiya cəlb edilib, əksəriyyəti rayonlarda olmaqla çoxlu iş yerləri yaradılıb. Ona görə də inkişaf üçün güzəştin edilməsi vacibdir. Nazir qeyd edib ki, ali məktəb dərsliklərinin vergidən azad edilməsi məsələsinə isə baxıla bilər.
Uzun müzakirələrdən sonra Vergi Məcəlləsinə edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib. Dəyişikliklərin növbəti ildən qüvvəyə minəcəyi gözlənilir.