Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana gəlib.
Eləcə də bax: 10 000 000% inflyasiya! – VENESUELA TARİXİ DƏYİŞİR
FED.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Venesuela Prezidenti “Twitter”də bildirib.
Venesuela Prezidenti N. Maduronu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov qarşılayıb.
N. Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.