Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.
FED.az “Bloomberg”ə istinadən xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia etdiyi, hərbçilərə növbəti addımları bildirdiyini əks edən video da yerləşdirib.
"Venesuela xalqı hakimiyyət qəsbinin sonua dair qərarını verib. Bu dəqiqə "Azadlıq" əməliyyatının son mərhələsinə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm", - X.Quaido yazıb.
O həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.
Bununla bağlı İnformasiya naziri Xorxe Rodrigues “Twitter”dəki səhifəsində “Venesuela xain kiçik hərbi qrup tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir” deyə yazıb.
Eləcə də bax: Almanların yarısından çoxu qaçqınlardan narazıdır - ARAŞDIRMA