Venesuela Milli Məclisinin sədri Juan Guaido and içərək ölkənin "müvəqqəti prezidenti" vəzifəsini üzərinə götürdüyünü açıqlayıb.
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Venesuela Milli Məclisinin sədri Juan Guaido-yu ölkənin "müvəqqəti prezidenti" kimi tanıdığını açıqlayıb.
Trampın bu həmləsinə qarşı Prezident Maduro, ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini və ABŞ-lı diplomatların ölkəni 72 saat ərzində tərk etməsini tələb edib.
Eləcə də bax: Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb
Venesuela Milli Məclisinin Juan Guaido, ölkədə keçirilən hökumət əleyhinə aksiyalarda özünü "müvəqqəti prezident" elan edib.
Guaidio, ölkənin paytaxtı Karakasdakı hökumət əleyhinə nümayişlərdə havadarları qarşısında etdiyi çıxışında, "Hakimiyyətin zəbt edilməsinə son qoymaq, müvəqqəti hökuməti qurmaq və azad seçkilər keçirmək üçün rəsmi olaraq Venesuelanın dövlət başçısı vəzifəsini yerinə yetirəcəyimə and içirəm",- deyib.