Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa səbəbi açıqlanıb.
Vasif Talıbovun səlahiyyətlərini - O İCRA EDƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, V. Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, iclasda V. Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov orada olub.