Koronavirus pandemiyası və onun təsirləri səbəbindən ilin əvvəlindən indiyədək Azərbaycanın valyuta ehtiyatları 98 milyon dollar azalıb.
Eləcə də bax: İlham Əliyev: «Dünən o oteldə baş verən biyabırçı hadisə…»
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, əslində hökumət ehtiyatların daha çox azalacağını gözləyirdi. Prezident xatırladıb ki, 2020-ci ilin büdcəsində neftin qiyməti 55 dollar nəzərdə tutulmuşdu. Amma ilk 6 ayda neftin orta qiyməti 38 dollar olub: «Bəzi günlərdə qiymətlər daha da aşağı idi. Bu böyük itkidir»-deyə prezident bildirib.
Bununla yanaşı, prezident bildirib ki, «aparılan islahatlar nəticəsində Azərbaycan neftin 14 ollarlıq qiymətində də ayaqda dura bilər».