Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.
FED.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik təklif edilir.
Eləcə də bax: Milli Məclisin son iclasında - BU QANUNLAR DƏYİŞƏCƏK
Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.
Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.