Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı imzaladılar.













