Türkiyədə 84 minə yaxın milyonçu var. FED.az türkiyə mediasına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Türkiyə milyonçuların sayı 1% azalaraq 83947 nəfər olub. Lakin analitiklərin fikrincə bu azalma 4 il ərzində artacaq.
Analitiklərin hesablamalarına görə,2023-cü ilədək Türkiyədə milyonçuların sayı 3% artaraq 86467 nəfər olacaq. Həmçinin araşdırmalardan o da məlum olud ki, Türkiyə milyonçularının 36% ikili vətəndaşlığa sahibdir. Məlumata görəTürkiyə milyonçularının 42%nin başqa ölkələrdə daşınmaz əmlaklarının olduğu bildirilir.
Ötən il Türkiyədə milyonçuların sayı azaldığı halda , 2017-ci illə müqayisədə 2018-ci ildə dünyada milyonçuların sayı 3% artaraq 16 mln 603 min 681 nəfər təşkil edib.
Eləcə də bax: Türkiyədə evi necə almaq olar? - ŞƏRTLƏR