Amerika przidenti Donalğd Tramp İran hökumətini ABŞ-a qarşı hədələrə provokasiyalara son qoymağa çığırıb. FED.az xəbər verir ki, fikirlərini ənənəvi olaraq «tvit»lə çatdıran ramp bildirib ki, İran müharibə istəyirsə, onu alacaq və bu İranın sonu olacaq, yəni İran dövləti rəsmi olaraq mövcud olmayacaq: «İran müharibə istəyirsə, bu İranın rəsmi surətdə ləğvi ilə nəticələnəcək. Bir də ABŞ-ı hədələməyin».
Eləcə də bax: Tramp ipoteka götürüb
Qeyd edək ki, son günlər Yaxın Şərqdə vəziyyət gərginləşib. İranın düşmənləri olan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bu ölkəni açıq şəkildə hədələməyə başlayıblar. BƏƏ bildirib ki, əmirliyə məxsus Fuceyra limanında BƏƏ-nin 4 tankerinə hücum olub.
Bundan dərhal sonra isə Səudiyyə Ərəbistanının xarici işlər naziri Ədel əl-Cubeyr bildirib ki, ölkəsi İranla müharibə istəmir, amma münaqişə yaransa, özmaraqlarını qorumağa hazırdır. «Biz regionda sülh və sabitlik istəyirik, amma əlimizi əlimizin üstünə qoyub oturmayacağıq»-deyə Səudiyyə Ərəbistanının naziri İrana xəbərdarlıq edib.
Xatırladaq ki, bir qədər əvvəl İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, müharibə olmayacaq, çünki Tehran müharibə istəmir. Bununla yanaşı, nazir bildirib ki, ABŞ Yaxın Şərqdə İrana qarşı dayana bilməz.