Dövlət

Tovuz İcra Hakimiyyətində - YENİ TƏYİNAT

Tovuz İcra Hakimiyyətində - YENİ TƏYİNAT | FED.az
17:57 12 Dek 2018

Tovuz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

FED.az xəbər verir ki, icra başçısı Məmməd Məmmədovun imzaladığı əmrlə Şakir Rüstəmov icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini təyin edilib.

ELƏCƏ DƏ BAX: Azərbaycanda işdən çıxarılan nazir müavini - İNTİHAR EDİB

Xatırladaq ki, bu ilin iyunun 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər xəbərlər