Torpaqların kateqoriya dəyişdirilməsi ilə bağlı müraciətlər Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək.
FED.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bu gün keçirilən Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı brifinqdə deyib .
Rüstəm Şahbazov bildirib ki, Müraciətlərə baxılması prosesi "vahid pəncərə" prinsipi əsasında elektron qaydada həyata keçiriləcəkdir: "Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Dövlət qurumları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq"