Ötən gün Milli Məclisin növbədənkənar sessiyanın son iclası baş tutdu. Bununla da Milli Məclisin deputatlarının tətili başlanır. Vətən müharibəsi, COVID-19 pandemiyası ilə müşayiət olunan çətin və qaynar müzakirələrlə dolu parlament ilindən sonra deputatlar istirahətə yollanacaq.
FED.az xəbər verir ki, parlamentarilərin məzuniyyəti üçün ayrılan vəsaitin məbləğini araşdırılıb.
“Milli Məclisin deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə görə, Milli Məclisin Sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.
Eləcə də bax: Deputatlar - SON MAAŞLARINI ALDILAR - MƏBLƏĞ
Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2227.5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5) manat aylıq vəzifə maaşı alır.
Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində (730 manat) vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.
Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar.
Sıravi deputatlarda bu məbləğ 5197.5 manat (1732*3), parlament Sədrində 7425 manat (2475*3), birinci müavində 6682.5 manat (2227.5 *3), müavində 6311.25 manat (2103.75 *3), komitə sədrlərində 5940 manatdır (1980*3). (Modern.az)