"Dünən Ermənistanın təxribatından sonra dərhal Azərbaycan Ordusu əks həmlə əməliyyatı həyata keçirib".
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda qoşunların təmas xətti boyunca hərbi əməliyyatlar davam etməkdədir: "Onlar hər zaman mülki əhalini hədəfə alırlar. Bu gün Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib". (Report)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








