“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 700 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.
Azərbaycanda dövlət qulluqçuları tənbeh edildi: Maaşları azaldı, vəzifələri kiçildi – SİYAHI
FED.az xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2021-ci il üzrə hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, həmin intizam tənbeh tədbirlərindən 513-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 187-si isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Həmçinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 700 intizam tənbeh tədbirindən 266-sı töhmət, 211-i dövlət qulluğundan azad edilmə, 11-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 4-ü vəzifə maaşının azaldılması, 2-si daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub (Qafqazinfo).