Azərbvycanın 2020-ci il dövlət büdcəsinə yenidən baxılmalıdır.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bildirib.
Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin kəskin etməsi Azərbaycana da böyük zərər vurub.
Dövlət başçısı bildirib: «Bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır. İlk növbədə bütün sosial öhdəiklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda büdcə xərclərinə yendən baxılmalıdır və təcili olmayan layihələr təxirə salına bilər.
Əlbəttə ki, bu layihələri həyata keirilməsi və ya təxirə salınması məsələsinə baxanda məşğulluq məsələlərinə də baxılmalıdır. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri eyni zamanda məşğulluğa da təsir edir».