Azərbaycanın Şimal bölgəsində bir neçə il əvvəl inşa edilmiş Taxtakörpü su anbarı tikilməsəydi, ötən il Bakını su ilə təmin etmək mümkün olmayacaqdı.
Eləcə də bax: “Əhalinin etibar etdiyi adamlar…” - PREZİDENT SEÇKİLƏRDƏN DANIŞDI
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 3-də Bakıda Regionların inkişafına həsr olunan konvransda bildirib.
«Taxtaköprü su anbarı tikilməsəyli ötən il Bakını su ilə təmin etmək mümkün olmayacaqdı, Çünki ötən il elə bir quraqlıq olmuşdu ki, bəlkə də tarixdə belə hal olmamışdı»-deyə prezident bildirib.
Onun sözlərinə görə, Taxta körpü anbarına toplanan su Ceyranbatan su anbarına vurulurdu və oradan Bakı su ilə təmin edilirdi.
Xatırladaq ki, Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilib.
İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC-nin rəhbərlik etdiyi konsorsium həyata keçirib. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilib Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.