Dövlət

Tanınmış millət vəkili Elnur Allahverdiyev üçün - ÖZƏL GÜN

Tanınmış millət vəkili Elnur Allahverdiyev üçün - ÖZƏL GÜN  | FED.az
09:02 21 Aprel 2021

Bu gün tanınmış millət vəkili Elnur Allahvediyevin 43 yaşı tamam olur. 

Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999-2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb.

Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin Baş direktoru olub.

14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb.

26 mart 2018-ci ildən "Azərcell" MMC-nin Müşahidə Şurasının Sədridir.

Elnur Allahverdiyev 2020-ci ildə parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırmışdır.

2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 17 saylı Yasamal III dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan E.Allahverdiyev, 40.00 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.

2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Elnur Allahverdiyev, Milli Məclisin gənclər və idman Komitəsinin, iqtisadi siyasət, sənaye və sahibкarlıq Komitəsinin, habelə Hesablayıcı Komissiyasının üzvü oldu.

GUAM PA-nın sədri, GUAM PA-da Azərbaycan nümayəndə heyyətinin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

FED.az komandası adından Elnur müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq. 

Banner
Banner

Digər xəbərlər