Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilib.