Azərbaycanın işğal olunmuş Şuşa şəhərində məskunlaşan ermənilərin təxminən 80 faizi şəhəri tərk edib.
FED.az bu barədə TASS-a istinadən məlumat verir.
Qeyd olunub ki, döyüş əməliyyatları başlayana qədər şəhərdə 5 min nəfər yaşayıb.
Əhalinin əsas hissəsi Ermənistanın qəsəbələrinə təxliyə edilib. Qalanlardan heç kim xəsarət almayıb. Hazırda şəhərdə əsasən orta yaşlı şəxslər qalıb. Qadın və uşaqlar təxliyə olunub, kişilər isə cəhbədədir.