Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Fərman imzaladı.
FED.az xəbər verir ki, fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590, № 12, maddə 1405; 2022, № 10, maddə 1135) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.5-ci bənddən “məhəllədaxili” sözü çıxarılsın.
2. Həmin Fərmanla təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” üzrə:
2.1. 3.1.3-cü yarımbənddən “məhəllədaxili” sözü çıxarılsın;
2.2. 3.1.13-cü yarımbənddən “arxeoloji” sözü çıxarılsın;
2.3. 3.1.14-cü yarımbənddə “qorunma” sözü “mühafizə” sözü ilə əvəz edilsin.