2018-ci ilin dekabrı - 2019-cu ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin sayı ötən ilin dekabr ayına nisbətən 30 min nəfər və ya 2% azalıb. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Rəsmi məlumatlara görə, bu ilin 1 fevral tarixinə Azərbaycan iqtisadiyyatında əmək müqavilələri əsasında 1 milyon 523,8 min nəfər işləyib. Yanvar ayında iş yerlərinin azalması sürətlənib. Bu rəqəm o vaxt 1 milyon 548,9 min nəfər təşkil edib.Əsasən dövlət sektorunun işçiləri iş yerini itirib. İki ayda onların sayı 25.3 min nəfər azalıb.
Eləcə də bax: “Atəşgah Həyat”ın xalis mənfəəti ildən-ilə artıb - HESABAT