Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransı davam edir.
FED.az-ın xəbərinə görə, nazir bildirib ki, sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək.
Onun sözlərinə görə, sosial sahədə dayanıqlılığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır:
"Bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək. Yəni bu gün dövlət büdcəsi ilə yanaşı, digər dövlət qurumlarının da bütün ehtiyatları da bu istiqamətə səfərbər edilib".