Operativ Qərargah SMS-lə icazənin detallarını açıqlayıb.
Eləcə də bax: Yenə küçəyə SMS-lə çıxacağıq - Məhdudiyyətlər Yenidən Başlayır
FED.az həmin məqamları təqdim edir:
1.5. Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən
şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri
tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə
müalicə almaqla əlaqədar;
1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə
dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və
fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət
sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti
ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
1.6. Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən
şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq
məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS –
məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki
indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik
üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk
etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə
verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu
ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə
prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim
tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis
əməkdaşlarına təqdim edilir);
1.6.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının,
dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və
fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət
sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti,
həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini
və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1
dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə
əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri
4
qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla
müəyyən edilir).
1.7. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
1.7.1. Azərbaycan Respublikasının vətəndaşları üçün -
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);
1.7.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün -
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi
yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)
1111111);
1.7.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma
müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
üçün - müvəqqəti olma müddətinin uzadılması barədə qərarın
seriyası və nömrəsi (MOM 1111111);
nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə
dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə
edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək
üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.
1.8. Elektron Hökumət informasiya sistemindən gələn cavab
SMS - məlumatda icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs
yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra
tərk edə bilər.
1.9. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət
yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS -
məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər
məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS -
məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu
halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına
çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara
təqdim etməlidirlər.
1.10. SMS - icazə sistemindən istifadə qaydaları və SMS
göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı
Mərkəzinə müraciət edilə bilər.