“Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız”.
Eləcə də bax: Prezident Sahil Babayevi - QƏBUL ETDİ - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.
S.Babayevə müraciət edən dövlət başçısı bildirib ki, nazirliyə qarşı təxribatlar törədilib:
“Eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir”.