Ermənistanı Azərbaycana qaldıran əsas qüvvələrdən biri Fransadır.
İlham Əliyevin yerli televiziyalara 2,5 saatlıq - GENİŞ MÜSAHİBƏSİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla müharibədən sonrakı münasibətlərdən danışarkən bildirib.
«Təbii ki, bizə qarşı olan mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar».
Dövlət başçısı bildirib ki, bu prosesdə Fransa yenə də ön plandadır: «Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum».
Prezident qeyd edib ki, Ermənistanda kimsə Azərbaycana qarşı yeni müharibə fikrinə düşsə və real təhlükə yaransa, dərhal cavab alacaq. Dövlət başçısı Fransanın Enmənistandakı texnikasının keyfiyyətsizliyini də qeyd edib, onları «konserv bankaları» adlandırıb.
«Əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik».