Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlir.
FED.az xəbər verir ki, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.
E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Xatırladaq ki, oktyabr ayının 13-14-ü tarixlərində Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək. (Report)