Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, qanuna aşağıdakı məzmunda 14.3-2-ci maddə əlavə edilib:
14.3-2. Bu Qanunun 14.3-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə: |
|
14.3-2.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə |
4 manat |
14.3-2.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
20 manat |
14.3-2.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə |
25 manat |
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.