Türkiyə turizmini və məhsullarının boykot çağırışı
Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Cemal Kaşıkçı cinayətindən sonra çətin vəziyyətdə qalan Səudiyyə Ərəbistanda, Türkiyəyə qarşı boykot kampaniyası başlayıb.
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın gizli dəstəyini alsalar da, Almaniyanın sanksiya tətbiq etdiyi, Fransanın isə sanksiya tətbiq edəcəyini açıqlamasının ardından Səudiyyə Ərəbistanda boykot çağırışı başlayıb.
Tweter-də #BoycottTurkishTourism haştağı ilə baykot çağrışları edilir. Sosial şəbəkələrdə"Qırğızıstana gedin, ora da gözəldir", "Türkiyə məhsullarını almayın" şəklində ifadələr də işlədilib. Təxminən 50 min "tweet" yazılıb.
Kampaniyanın hökumətə yaxın şəxlər tərəfindən təşkil edildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə Cemal Kaşıkçıının qətlə yetirilməsi ilə bağlı Ər-Riyadda təzyiqini artırıb.