Sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində sentyabrda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatıb.
Eləcə də bax:Xaricdən Azərbaycana göndərilən pullar - AZALIB
Bu, ötən ilin eyni ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.