Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.
Təcili: Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərə - MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb:
"Azərbaycan Prezident Administrasiyası Qarabağ erməniləri ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs (Ramin Məmmədov - red.) arasında Xocalıda baş tutan görüşdən sonra Qarabağdakı erməniləri Bakıya dəvət edib. Gəlin, daha parlaq, daha ahəngdar gələcək üçün dialoqu davam etdirək".