Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Anar Adil oğlu Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib.
Eləcə də bax: Dövlət Komitəsinə sədr - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, Anar Quliyev 8 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını bitirib.
1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.
2009-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləyib.
Anar Quliyev 1 may 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri, 28 iyun 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 may 2014-cü il tarxili 503 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilib. Dövlət qulluğunun müşaviridir.
Yeniavaz