Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə" Sərəncamı imzalayıb.
ELƏCƏ DƏ BAX : Polislərin maaslari artirildi - PREZİDENTDƏN SƏRƏNCAM
FED.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:
Sədr – 3060 manat
Sədrin müavini – 2845 manat
Katib – 2110 manat
Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.