“Seçkinin ilkin nəticələrinin saat 21.00-da açıqlanacağı gözlənilir”.
İlham Əliyev növbədənkənar prezident seçkisinin səbəbini - AÇIQLAYIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapandan sonra ilkin mənzərə aydınlaşacaq.
MSK sədri bu seçkini tarixi seçki adlandırıb və qeyd edib ki, ilk dəfə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün sərhədləri çərçivəsində keçiriləcək.