Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkilərində bəzi məntəqələrdə və dairələrdə baş verən çoxsaylı pozuntulardan sonra ölkədə səsvermənin ASAN Xidmətə həvalə edilməsi təklif edilib
FED.az xəbər verir ki, tanınmış hüquqşünas, banklarla əlaqədar məhkəmə prosesləri üzrə ixtisaslaşan Qorxmaz Ağayev təklif edib ki, səsvermə prosesinin təşkil olunması ASAN Xidmətə həvələ edilsin, səsvermə isə elektron imza vasitəsilə aparılsın.
«Seckilərin keçirilməsini ASAN xidmətə həvalə etməmək üçün heç bir səbəb görmürəm. Maddi-texniki şəraitdən tutmuş gənc və keyfiyyətli kadr təminatına kimi hər cür imkan vardır. Bircə xidmət mərkəzlərinin sayını artırmaq lazımdır. Bir də səsvermənin elektron imza üzərindən aparılması imkanları da nəzərdən keçirilməlidir. Bu halda hətta seçki məntəqələrinə belə ehtiyac olmayacaq.
Səsvermənin obyektivliyini artırmaq üçün bu 2 faktorun tətbiqi qaçılmazdır»- deyə hüquqşünas hazırda olduqca real görünən təklifini izah edib.