Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini – maliyyə naziri təyin edilib.
FEDş.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilsin”.
Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsində çalışıb. Bu sərəncamdan sonra Səbuhi Məmmədov həm də Baş nazirin müavini vəzifəsini icra edəcək.