Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, bununla bağlı RİH başçısı Vüqar Zeynalovmüvafiq əmr imzalayıb.
ELƏCƏ DƏ BAX: Bakı merinin qardaşına - VƏZİFƏ VERİLDİ
V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxməmmədov təyin olunub.
O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.