Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
FED.az xəbər verir ki, səfər zamanıı dövlət başçısı və xanımı Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak ediblər.
Çoxfunksiyalı – bir neçə xidmətin eyni vaxtda göstərilməsi imkanı deməkdir. Bu Azərbaycanda 12 il əvvəl yaradılmış ASAN xidmət modelinin daha kiçik forması sayıla bilər.
Sarıcalı kəndinin girişində inşa edilmiş bu binada da bir sıra qurumlar birlikdə fəaliyyət göstərəcək. «Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq»-deyə rəsmi məlumatda bildirilir.
Binada müxtəlif iclas və iş otaqlarında işçilərin fəaliyyəti üçün şərait yaradılıb. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, çoxfunksiyalı inzibati bina zirzəmi və iki mərtəbədən ibarətdir. İnzibati binada gözləmə zalı, 1 ədəd qeydiyyat otağı, 11 ədəd iş otağı, 1 ədəd iclas otağı, 2 ədəd texniki otaq və mətbəx yaradılıb. Binanın damında günəş panelləri quraşdırılıb. Ümumiyyətlə Sarıcalıda inşa edilmiş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb və binaların elektrik ehtiyacları bu panellər vasitəsilə təmin ediləcək.
Maraqlıdır ki, çoxfunksiyalı inzibati binalar yuxarıda qeyd edildiyi kimi, ASAN Xidmətin mini forması olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aktiv tətbiq edilir. Bundan əvvəl
Cəbrayılın Horovlu kəndi və tikilməkdə olan Qubadlının Mahruzlu kəndindədə eyni qayda tətiq edilir.
Oxşar yanaşma ölkənin digər ərazilərindəki kəndlərdə də tətbiq edilə bilər. Bu əhaliyə göstərilən dövlət və sair xidmətləri asanlaşdırmaqla yanaşı, həm də vəsaitlərin daha səmərəli istifadəsinə imkan verər.