Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları özünü ən müxtəlif sahələrdə göstərməyə başlayıb.
FED.az xəbər verir ki, yaxın vaxtlardan etibarən Rusiyanın dövlət qurumlarının kompüterlərində istifadə olunan şriftləri dəyişmək lazım olacaq. Belə ki indiyədək geniş yayılmış «Times New Roman», «Arial», «Courier New» və başqa şriftlərdən istifadə mümkün olmayacaq.
Bu şriftlərin müəlliflik hüququna sahib olan «Monotype Imaging» şirkəti Rusiyanın proqram təminatçılarına bu şriftlərdən istifadə etmək üçün lisenziyanın müddətini uzatmaqdan imtina edib. Səbəb kimi isə ABŞ-ın Rusiyaya olan sanksiyaları göstərilib.
ELƏCƏ DƏ BAX: ABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi
Sanksiyaya görə Rusiyada kompüter şrifti - DƏYİŞİR
11:32
14 Dek 2018