Şamaxıda bu gün baş verən yeraltı təkandan sonra bir qrup bina sakini təşviş keçirib.
FED.az xəbər verir ki, yerli sakinlər “Qafqazinfo”ya bildiriblər ki, rayonun icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binada keçirməməyi tövsiyə edib.
Şamaxı rayon fövqəladə hallar komissiyasının sədr müavini Rüstəm Əliyev isə saytımıza açıqlamasında bildirib ki, zəlzələdən sonra hər hansı dağıntı, uçma halı ilə bağlı siqnal daxil olmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində 4 bal gücündə zəlzələ baş verib.