Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.
FED.az xəbər verir ki, nümayəndə heyəti bu gün Türkiyənin Vitse- prezidenti Fuat Oktay tərəfindən qəbul ediləcək və heyətlərarası müzakirələr aparılacaq.
Səfər çərçivəsində Kənd Təsərrüfatı Torpaqlarının idarə edilməsi mövzusunda çıxışlar müzakirələr nəzərdə tutulub. Bundan başqa, nümayəndə heyəti Kənd Təsərrüfatı və Kənd İnkişafına Dəstək İnstitutuna baş çəkəcək, institutun təcrübələri ilə maraqlanacaqlar. (Report)