Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Dövlət

  1. Ana səhifə
  2. Dövlət
  1. Dövlət

Sahibkarlıq yoxlamaları və başqa qanunlar - MİLLİM MƏCLİSİN İCLASINA ÇIXARILACAQ

Sahibkarlıq yoxlamaları və başqa qanunlar - MİLLİM MƏCLİSİN İCLASINA ÇIXARILACAQ | FED.az
19:30 24 Yan 2023

Yanvarın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib.

FED.az xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclasda 22 məsələnin müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Tahir Mirkişili bildirib ki, 2022-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Dünyada baş verən böhrana baxmayaraq, iqtisadiyyatın ümumi parametrlərində artım müşahidə olunub.

O, ötən il ümumi daxili məhsulun 4,6 faiz artaraq 134 milyard manatdan çox olduğunu, qeyri-neft sektorunun 9,1 faiz artaraq 70 milyard manatı keçdiyini qeyd edib. Bununla yanaşı, ölkənin kənd təsərrüfatı sahəsində məhsul istehsalının 3,4 faiz artaraq 11 milyard manatdan çox olduğunu və bunun ərzaq təhlükəsizliyinin təmin olunması məsələsində, habelə əhalinin məşğulluq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. 2022-ci ildə əhalinin nominal gəlirlərinin 20,5 faiz artaraq 70 milyard manata çatdığını deyib. İqtisadiyyat sahəsinə aid bir sıra digər göstəriciləri və əldə edilən nailiyyətləri nəzərə çatdırıb.

Komitə sədri bu gün də davam edən Laçın-Xankəndi yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı ekofəallar tərəfindən təşkil olunan aksiya barədə də öz fikirlərini açıqlayıb.

Sonra komitə sədri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, komitə ötən sessiya ərzində öz fəaliyyətini Milli Məclisin qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 26 iclası keçirilib, 217 məsələ müzakirə edilib.

Sonra Tahir Mirkişili komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan sənədlərin müzakirəsi, habelə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə, Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabata baxılması nəzərdə tutulub. İş planına Rəqabət Məcəlləsinin, “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihələri də daxil edilib.

Bununla yanaşı, yaz sessiyası ərzində komitədə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə görüşlərin, ictimai dinləmələrin və bir sıra digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov komitənin 2022-ci ilin payız sessiyasının hesabatı və 2023-cü il yaz sessiyasının iş planı barədə fikirlərini açıqlayıb, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqsədəmüvafiq hesab olunub.

Sonra iclasda gündəliyə daxil olan bir sıra qanun layihələri müzakirə edilib.

Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, gündəliyin 3-cü məsələsindən 12-ci məsələsinədək olan qanun layihələrində uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Adları çəkilən qanunlarda “kütləvi informasiya vasitələri” sözlərinin “media” sözü ilə əvəz edilməsi nəzərdə tutulur.

Təqdim olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitə sədri bildirib ki, gündəlikdə 13-dən 17-dək olan qanun layihələri nəqliyyat sektorunda yük və sərnişin daşımalarının tənzimlənməsi ilə bağlı məsələlərdir. O, həmin qanun layihələrinin mahiyyəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinin ləğvi məqsədilə hazırlanıb. Bununla əlaqədar olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumu da ləğv edilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə əsasən Azərbaycan ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyicisi, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunurlar. Sənəddə təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımların ləğv edilməsi nəzərdə tutulub.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumlarının ləğvini nəzərdə tutur.

“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün müraciət qaydası, müraciətə baxılması, zəruri hallarda nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılması məsələsi, habelə daşıyıcıya icazənin verilməsindən imtina məsələləri tənzimlənir.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilir.

Komitə üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov qanunlara təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər. Deputatlar ölkənin nəqliyyat sektorunun inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.

İclasda iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov qanun layihələri barədə fikirlərini açıqlayıblar, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar. Onlar nəqliyyat sektorunda işin tənzimlənməsi ilə bağlı təmsil etdikləri qurumların gördükləri işlərdən bəhs ediblər.

Müzakirələrin sonunda bu qanun layihələri də birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Şöbə müdiri Məcəllənin müvafiq maddələrinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və sədr müavini Əli Məsimli məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasında baxılmaq üçün tövsiyə olunub.

Sonra Tahir Mirkişili Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, ölkədə son zamanlar bir çox məsələlərin Mülki Məcəllə ilə tənzimlənməsi təcrübəsi tətbiq olunur. Layihədə adları çəkilən qanunlarda da Mülki Məcəllənin tələblərinin nəzərə alınması təklif olunur.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitənin üzvü Məzahir Əfəndiyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tədqiqat Mərkəzinin Nizamnaməsi” 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. Nizamnaməyə əsasən Tədqiqat Mərkəzi İƏT-in əsas fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparılması üçün təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin Qərargahı Bakı şəhərində yerləşir. İƏT-in Tədqiqat Mərkəzi Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitə sədri Tahir Mirkişili “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəddə sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il müddətinə - 2024-cü il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə də baxılıb və sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Banner
Banner
  • Tahir Mirkişili
  • Elnur Allahverdiyev
  • komitə iclası
Paylaş

Digər xəbərlər

İlham Əliyev İranda şəhid olan  Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
Dövlət 3 Fev 2023
İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - TAM MƏTN
Dövlət 2 Fev 2023
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - TAM MƏTN
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq - MÜZAKİRƏ EDİLİB
Dövlət 2 Fev 2023
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq - MÜZAKİRƏ EDİLİB
Rumıniya prezidenti Azərbaycana - RƏSMİ SƏFƏRƏ GƏLİB
Dövlət 2 Fev 2023
Rumıniya prezidenti Azərbaycana - RƏSMİ SƏFƏRƏ GƏLİB
Baş nazir 2024-cü il dövlət büdcəsi layihəsinin hazırlanması barədə - SƏRƏNCAM İMZALAYIB
Dövlət 2 Fev 2023
Baş nazir 2024-cü il dövlət büdcəsi layihəsinin hazırlanması barədə - SƏRƏNCAM İMZALAYIB
Mədəniyyət Nazirliyinin Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru - İşdən Azad Olunub
Dövlət 2 Fev 2023
Mədəniyyət Nazirliyinin Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru - İşdən Azad Olunub
Azərbaycanda daha bir qurumda – MAAŞLAR ARTIRILDI - MƏBLƏĞLƏR
Dövlət 2 Fev 2023
Azərbaycanda daha bir qurumda – MAAŞLAR ARTIRILDI - MƏBLƏĞLƏR
Naxçıvan MR prokuroru vəzifəsindən azad edilib – PREZİDENTDƏN SƏRƏNCAM
Dövlət 1 Fev 2023
Naxçıvan MR prokuroru vəzifəsindən azad edilib – PREZİDENTDƏN SƏRƏNCAM
İnterpolun Azərbaycandakı ofisinə - YENİ RƏİS TƏYİN EDİLİB
Dövlət 1 Fev 2023
İnterpolun Azərbaycandakı ofisinə - YENİ RƏİS TƏYİN EDİLİB
Dövlət qulluqçularına ödənişli fəaliyyətlə məşğul olmaq - QADAĞAN EDİLİR
Dövlət 1 Fev 2023
Dövlət qulluqçularına ödənişli fəaliyyətlə məşğul olmaq - QADAĞAN EDİLİR
ANAMA-nın İdarə Heyəti sədrinə birinci müavin - TƏYİN OLUNUB
Dövlət 1 Fev 2023
ANAMA-nın İdarə Heyəti sədrinə birinci müavin - TƏYİN OLUNUB
Prezident: "İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib"
Dövlət 1 Fev 2023
Prezident: "İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib"
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
  • SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
    15:06 3 Fev 2023
  • Neft Fondu yanvarda hərraclarda satdığı valyutanın məbləğini - AÇIQLADI
    15:01 3 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    14:53 3 Fev 2023
  • “Mc Donald"s Azərbaycan" şirkəti - MƏHKƏMƏ VERİLİB - SƏBƏB
    14:47 3 Fev 2023
  • Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
    14:47 3 Fev 2023
  • Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
    14:40 3 Fev 2023
  • KOBİA 9 şirkətə 2,5 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    14:37 3 Fev 2023
  • SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
    14:28 3 Fev 2023
  • "Avandsis Enerji" məhkəməyə verildi - SƏBƏB
    14:21 3 Fev 2023
  • İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti - MÜZAKİRƏ EDİLİB
    14:16 3 Fev 2023
  • “Dünyagöz Azərbaycan” pozuntuya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    14:14 3 Fev 2023
  • "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
    14:11 3 Fev 2023
  • Aqrar Tədarük və Təchizat - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:02 3 Fev 2023
  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
  • Respublika Uşaq Sanatoriyası - TENDER ELAN ETDİ
    12:48 3 Fev 2023
  • Səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri - VERGİDƏN AZAD EDİLİB
    12:42 3 Fev 2023
  • "IDG Construction" şirkəti və "İnşaat-C" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    12:41 3 Fev 2023
  • Füzulidə elektromobillər üçün - Enerji Doldurma Stansiyaları Quraşdırılacaq
    12:37 3 Fev 2023
  • "Ask Şüşə" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    12:37 3 Fev 2023
  • "Savalan Group" və "Optimal Elektronika" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    12:34 3 Fev 2023
  • Naxçıvan Dövlət İmtahan Mərkəzində - YOXLAMALAR KEÇİRİLİR
    12:34 3 Fev 2023
  • Bakinşaat Group alqı-satqıya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    12:28 3 Fev 2023
  • "Təbii qaz ehtiyatlarımız 600 il kifayət edəcək"
    12:28 3 Fev 2023
  • Dövlət agentliyi kontent materiallarının hazırlanması üçün 920 min manat ödəyəcək – TENDER NƏTİCƏSİ
    12:26 3 Fev 2023
  • Banklar kartlardakı depozit gəlirindən - VERGİ TUTACAQ
    12:22 3 Fev 2023
  • Bakı Nəqliyyat Agentliyi – BÖYÜK TENDER ELAN ETDİ
    09:00 3 Fev 2023
  • Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - TAM MƏTN
    21:19 2 Fev 2023
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    21:16 2 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!