Nazirlər Kabineti “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. FED.az xəbər verir ki qərara əsasən,
“Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarının 1-ci hissəsi ləğv edilib.
Məlumat üçün qeydedək ki, həmin hissədə sahibkarlığa maliyyə dəstəyi ilə bağlı tədbirlərin, eləcə də məşğulluq tədbirlərinin bir mərkəzdə (yəni fondda) cəmləşməsi nəzərdə tutulurdu.
Nazirlər Kabinetinin yeni qərarı ilə fond inzibati orqanların siyasısından da çıxarılıb. Fondun xidməti avtomobilləri də dövlət avtomobilləri siyahısından çıxarılıb.