Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri yaradılacaq.
FED.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.
"Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti üç istiqamətdə həyata keçiriləcək. Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarətini həyata keçirəcək. Eyni zamanda, agentlik qida təhlükəsizliyi sahəsində risklərin idarə olunması, hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması istiqamətində fəaliyyət göstərəcək. Təftiş və yoxlamaların həyata keçirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq. Bu yoxlama və təftiş sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək", - deyə Qoşqar Təhməzli vurğulayıb.
Agentliyin Bakıda və regionlarda bölmələrinin fəaliyyətə başlayacağını deyən Q.Təhməzli qeyd edib ki, əməkdaşlarımız qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq normaları və beynəlxalq standartları təşviq və təbliğ edəcəklər.
Eləcə də bax: Yeni qurumun sədri kimdir? - FOTO