Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin oğlu ordu sıralarına qoşularaq, könüllü ön cəbhəyə gedib.
FED.az xəbər verir ki, Yusif Əliyev əvvəllər hərbi xidmətdə olduğu üçün bir başa ön cəbhəyə, işgal altında olan torpaqların azadlığı uğurunda gedən döyüşlərə qoşulub. O, valideynlərinə döyüşlərdə iştirak etmək arzusunu bildirib və onların xeyir duası ilə bu addımı atıb.
Qeyd edək ki, sabiq nazirin oğlu Yusif Əliyev İngiltərədə ali təhsil alıb və son illər özəl sahədə fəaliyyətlə maşğuldur.