Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Eləcə də bax: Azərbaycanda nazir müavini - İŞDƏN ÇIXARILDI
FED.az “report”a istinadən xəbər verir ki, hakimi Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.