Azərbaycan Milli Məclisinin oktyabrın 8-də – sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxildir.
Eləcə də bax: Avtomobillərin texniki baxışdan keçirilməsinə görə - DÖVLƏT RÜSUMU ARTIRILIB
Bunlar “Dövlət rüsumu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.