Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirusa yoluxub.
Eləcə də bax: Azərbaycanda koronavirusla bağlı - SON VƏZİYYƏT AÇIQLANDI
FED.az “qafqazinfo”ya isitnadən xəbər evrir ki, bu barədə o, Prezident Vladimir Putinlə videobağlantı zamanı məlumat verib.
“Hörmətli, Vladimir Vladimiroviç, koronavirusla bağlı verdiyim test pozitiv çıxdı. Hökumət əvvəlki rejimdə işini davam etdirəcək, ancaq mən özünütəcrid rejimini gözləməli və həkimlərin təlimatlarını yerinə yetirməliyəm”, - deyə Mişustin bildirib.
O, səlahiyyətlərinin müvəqqəti icrası üçün birinci müavini Andrey Belousovun namizədliyini təklif edib.
Vladimir Putin öz növbəsində Mişustinə tezliklə sağalmasını arzulayıb.