Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvaram.
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə bildirib.
Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik", - o qeyd edib.