Rusiya Ermənistan və Azərbaycan arasındakı münaqişəyə müdaxilə etməyəcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Liberal Demokrat Partiyasının üzvü, Dövlət Dumasının millət vəkili Aleksandr Şerin məlumat verib.
“Birincisi, Türkiyə NATO-nun üzvüdür. İkincisi, Rusiya Federasiyası bu mərhələdə yalnız diplomatik potensialından istifadə edə bilər. Hərçənd prinsipcə ordumuz milli əhəmiyyətli məsələləri həll etməyi daha yaxşı bacarır. Lakin müharibə əlverişli yol deyil, çünki müharibə zamanı insanlar həlak olur. Biz öz əsgərlərimizi qorumalıyıq”, – deyə deputat bildirib.
Rusiyanın bu münaqişəyə müdaxilə etməsi üçün, İrəvanın Krımı Rusiyanın bir hissəsi kimi tanıması lazımdır.